18:54
11 Aprel 2020

Rəqqasə Fatimə canlı efirdə imkanlı şəxslərə səsləndi

Rəqqasə Fatimə Fətəliyeva "Bizimləsən" verilişində qonaq olub.

Lent.az -ın məlumatına görə, rəqqasə verilişdə imkanlı şəxslərə səslənib:

"Bizim gəlirimiz toylardandır. İndi xeyir iş yoxdur, gəlir də yoxdur. Amma əlimizdə olandan ehtiyacı olanlara bağışlayırıq.

Bizdən də imkanlı şəxslər var, indiyə kimi pullarını özləri, dostları, sevgililəri üçün xərcləyiblər. Onlara səslənirəm ki, ehtiyacı olanları bu vəziyyətdə tək qoymayın. Dəyərli bəylərimiz var ki, indi də dostlarla yığışırlar kababdan yeyirlər. Darıxmamaq üçün nələrsə edirlər... Gəlin bu 1 ayı birləşək, insanlara kömək əli uzadaq".

Dİgər xəbərlər