“Bakıya qəhrəman şəhər adı verilsin” - Parlamentdə təklif
09 aprel 2020 14:16 (UTC +04:00)

“Bakıya qəhrəman şəhər adı verilsin” - Parlamentdə təklif

“Bakı şəhərinə qəhrəman şəhər adının, Yusif Məmmədəliyevə Nobel mükafatı verilməsi məsələsi gündəmə gətirilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, yubiley medalı eyni zamanda dünyasını dəyişən şəxslərə də verilsin: “Yusif Məmmədəliyevin rəhbərliyi altında yüksək oktanlı yanacaq ixtira olunub və qırıcı təyyarələrdə bu yanacaqlardan istifadə olunub. Azərbaycanlılar nefti ilə, qanı ilə, canı ilə faşizmə qarşı müharibədə həlledici rol oynayıb”.

# 1439
avatar

Oxşar yazılar