748
18:54
08 Aprel 2020

Böyük şirkətlərə güzəştli şərtlərlə kredit veriləcək - RƏSMİ

“Dövlət pandemiya dövründə iqtisadi itkilərə məruz qalmış şirkətlərə dəstək verir. Fərdi, kiçik, orta və böyük şirkətlərə də güzəştli şərtlərlə kredit veriləcək. İstehlak kreditini götürənlər də işləyən insanlardır. Ona görə də istehlak krediti götürənlərin ödəmə qabiliyyəti saxlanılır. İşləməyən insanlara isə dövlət yardım edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bütün bunlar istehlak krediti olan insanların işlədikləri şirkətlərə dolayı dəstəkdir: “Ona görə də bu sahədə vəziyyət təqdim edildiyi qədər də gərgin deyil”.