1830
18:11
08 Aprel 2020

Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - AÇIQLAMA

İndiyə qədər cəmi 1 tibb işçisi koronavirusa yoluxub.

APA-nın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı qeyd edib ki, tibb müəssisəsində orta tibbi personalı öz işinə məsuliyyətsiz yanaşanda belə hallar baş verir: “Amma bu risklər tibb işçilərini daim gözləyir. Biz riskli halları idarə edirik, yaşlı əməkdaşları daha təhlükəsiz halda işlətməyə çalışırıq. Lazım olan qoruyucularla pandemiya xəstəxanalarımız təmin edilib. Eyni zamanda müalicəvi dərman preparatları ehtiyatımız da kifayət qədərdir”.