3506
19:30
08 Aprel 2020

Bakıda ağır qəza - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən APA -ya bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

16:51

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mərdəkan şossesində qeydə alınıb. “Toyota Camry” markalı avtomobil yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.