2616
15:03
08 Aprel 2020

Azərbaycanlı aparıcıdan kobud səhv: “40 min insan ölüb...”

Rusiyanın NTV kanalının aparıcısı İradə Zeynalova efirdə kobud səhvə yol verib.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, aparıcı aprel ayının 5-də müəllifi olduğu verilişdə Rusiyada koronavirusdan 40 mindən çox insanın öldüyünü bildirib.

Amma eyni anda ekranda real statistika öz əksini tapıb. Arxa fonda Rusiyada 5 389 yoluxma halı olduğu, 45 nəfərin isə dünyasını dəyişdiyi göstərilib.