Xalq artisti evindən konsert verəcək
08 aprel 2020 11:54 (UTC +04:00)

Xalq artisti evindən konsert verəcək

Aprelin 9-da Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, pedaqoq Mənsum İbrahimov evindən virtual olaraq izləyicilərin görüşünə gələcək.

Lent.az xəbər verir ki, xanəndə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışı çərçivəsində tamaşaçılara xanəndəlik sənətinin sirlərindən, muğamlarımızdan söhbət açacaq.

Muğamlarımız, xalq mahnı və təsniflərimiz, yüksək ifaçılıq mədəniyyətinin hakim kəsiləcəyi görüşü saat 17:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin - @bakimedeniyyetidaresi və Xalq artisti Mənsum İbrahimovun - @mansumibrahimovofficial “Instagram” hesablarından canlı izləyə bilərsiniz.

# 1416
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar