1690
03:35
08 Aprel 2020

Türkiyədə bütün xəstəxanalarda reanimasiya otaqlarının 62 faizi boşdur

“İstanbulda Atatürk Hava Limanı və Sancaqtəpədə inşa edilən dövlət xəstəxanalarının hər biri min nəfərlik və təkadamlıq otaqlardan ibarət olacaq. Birmərtəbəli bu xəstəxanaların içərisində əməliyyat və reanimasiya otaqları da quraşdırlacaq. Bu xəstəxanaları prefabrik və müvəqqəti olaraq düşünmədik, pandemiya sonrası da istifadə edilməsi nəzərdə tutulur” .

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərin sualların cavablandırarkən bildirib.

Nazir deyib ki, bu tipli xəstəxanaların Türkiyənin başqa ərazilərində də inşası nəzərdə tutulur, amma hazırda Türkiyədə bütün xəstəxanalarda reanimasiya şöbəsinin otaqlarının 62 faizi boşdur.

F.Qoca evdə karantinə alınan xəstələrin mobil telefonlarına xüsusi proqram yükləməklə onların daima operativ nəzarətində saxlanacağını da vurğulayıb.