Koronavirusun müalicəsi üçün antibiotiklərdən istifadə doğrudurmu? - RƏSMİ CAVAB
07 aprel 2020 14:55 (UTC +04:00)

Koronavirusun müalicəsi üçün antibiotiklərdən istifadə doğrudurmu? - RƏSMİ CAVAB


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektiv olub-olmamasına dair məsələyə aydınlıq gətirib.

APA xəbər verir ki, qurumun məlumatında qeyd edilib ki, koronavirusun müalicəsində antibiotiklər effektiv deyil: "Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. "COVID-19" virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.

Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.

 

# 1126
avatar

Oxşar yazılar