Tünzalə Ağayeva ona telefon hədiyyə etdi - VİDEO
07 aprel 2020 11:59 (UTC +04:00)

Tünzalə Ağayeva ona telefon hədiyyə etdi - VİDEO

Heydər Əliyev Fondu Azərbaycanda davam edən xüsusi karantin rejimində yaşlı vətəndaşlara dəstək məqsədilə “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan” adlı sosial layihəsini davam etdirir.

Lent.az-ın məlumatına görə, layihənin növbəti qonağı Xalq artisti Tünzalə Ağayeva olub. O, 85 yaşlı Tamara nənəyə zəng edib və ona mobil telefon hədiyyə etdiyini vurğulayıb. 

Qeyd edək ki, bu günə qədər Xalq artisti Aygün Kazımova 103 yaşlı Xədicə nənə, muğam ifaçıları-Xalq artisti Alim Qasımov və Fərqanə Qasımova 94 yaşlı Əmiraslan baba,  Xalq artisti Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xanım, Xalq Artisti Natiq Şirinov 84 yaşlı Əli baba və Xalq artisti Röya Ayxan isə Nahidə xanımın virtual qonağı olub, onlara öz hədiyyələrini təqdim ediblər.

 

# 3965
avatar

Yalçın UĞUR

Oxşar yazılar