"Boeing" istehsalı dayandırdı
07 aprel 2020 11:48 (UTC +04:00)

"Boeing" istehsalı dayandırdı

Dünyanın ən böyük təyyarə istehsalçılarından olan ABŞ-ın "Boeing" şirkəti koronavirusla bağlı öz fəaliyyətini dayandırıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə  “Vaşinqton post” xəbər yayıb. Məlumata görə, şirkətin Cənubi Karolina ştatında yerləşən zavodları tam dayanıb. Sifariş verilən son model "Boeing 787 Dreamliner" təyyarələrinin istehsalı da qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

# 1835
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar