Ermənistanda daha 20 nəfər koronavirusa yoluxdu
07 aprel 2020 11:14 (UTC +04:00)

Ermənistanda daha 20 nəfər koronavirusa yoluxdu

Ermənistanda ötən sutka ərzində koronavirusa 20 yeni yoluxma qeydə alınıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsində məlumat yayıb. 

Onun yazdığına görə, əvvəl virusa yoluxanların 25 nəfəri sağalıb. 

Aprelin 7-si saat 11:00-a olan məlumata görə, Ermənistanda COVID-19-a təsdiqlənən yoluxma halı 853-ə çatıb.

Qeyd edək ki, Ermənistan yoluxma sayına görə, Azərbaycan və Gürcüstandan irəlidədir. İndiyədək ölkədə koronavirusa yoluxan 8 nəfər ölüb.

 

 

# 456
avatar

Oxşar yazılar