51 yaşlı kişini yaxınları axtarır
07 aprel 2020 09:16 (UTC +04:00)

51 yaşlı kişini yaxınları axtarır

Gəncədə  itkin düşən şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, ruhi xəstə, 51 yaşlı Elsevər Sadıxov martın 26-da  yaşadığı evdən  çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.


E. Sadıxovun  əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu,  saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-266-33-75  şəhər və (055) 687-13-73  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

# 547
avatar

Oxşar yazılar