"Heç bir zaman gecə klubuna getməmişəm" - Əməkdar artist
06 aprel 2020 13:02 (UTC +04:00)

"Heç bir zaman gecə klubuna getməmişəm" - Əməkdar artist

Əməkdar artist Təyyar Bayramov uşaqlıq illərindən danışıb. Lent.az-ın məlumatına görə, xanəndə "Ay Zaur" verilişində bu sözləri deyib:

"Atamı itirəndə mənim 16 yaşım var idi. O vaxtdan zəhmətə öyrəşmiş insanam. Bəzən deyirlər ki, vaxtından çox tez böyüdün. Ali məktəbdə oxuyanda uşaqlar kənar yerlərə, gecə klublarına gedirdilər, amma mən getmirdim. Çünki atadan elə tərbiyə almışdım ki, o yerə meylim olsa da getməzdim. Düşünürdüm ki, həyatda nümunəvi insan kimi olmalıyam. Çünki evdə mənim anam, bacılarım var. Yəni sabah onlar mənə görə utanmasın. Zəhmətdən qorxmuram. Çünki atam məni zəhmətə alışdırıb. Bu gün mənə təmirsiz ev göstərsələr, oranı tək başına təmir edə bilərəm". 

# 1159
avatar

Yalçın UĞUR

Oxşar yazılar