Naxçıvanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
06 aprel 2020 11:14 (UTC +04:00)

Naxçıvanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Lent.az-ın  xəbərinə görə, məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, -  məlumatda qeyd olunur.   

# 3179
avatar

Aygün İbrahimli

Oxşar yazılar