Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib-Video
06 aprel 2020 11:38 (UTC +04:00)

Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib-Video

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə “Azərbaycan Gülüş Liqası” populyar yumoristik layihəsi “Evdə qal, Pozitiv ol!” klipini hazırlayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Lent.az-a verilən məlumata görə, klip ölkədə #evdeqal çağırışına dəstək verərir.

Klipdə həm karantin günlərində darıxanlara evdə məşğul olacaqları faydalı ideyalar barədə ipucu verilir, həm də zamanı gülərək pozitiv keçirməyə dəvət edir.    

Qeyd edək ki, Azərbaycan Gülüş Liqası Ukraynanın “Liга Смiху” yumoristik televiziya şou və oyunlarının qaydalarına uyğun fəaliyyət göstərir və burada müxtəlif kollektivlərin komandaları yarışaraq tapşırıqlara yumoristik cavablar verir, əvvəldən hazırladıqları səhnəcikləri təqdim edirlər.  “Gülüş Liqası Azərbaycan” layihəsinin qalibi “Kak po maslu” komandası artıq Ukraynada, İsraildə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək kuboklarla, mükafatlarla təltif olunub. 

Klipi bu keçiddən izləyə  bilərsiniz:

# 1178
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar