Tramp: "Bütün amerikalılar Consonun sağalması üçün dua edir"
06 aprel 2020 08:53 (UTC +04:00)

Tramp: "Bütün amerikalılar Consonun sağalması üçün dua edir"

 ABŞ Prezidenti Donald Tramp amerikalılar adından koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Böyük Britaniyanın Baş naziri Boris Consonun tezliklə sağalmasını arzulayıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri jurnalistlər qarşısında keçirdiyi brifinqdə deyib.

"Virusa qarşı fərdi mübarizə aparan Baş nazir Boris Consona ölkəmiz adından xoş arzularımı bildirmək istəyirəm. Bütün amerikalılar onun tez sağalması üçün dua edir. O, mənim dostum və böyük bir insan, böyük bir liderdir", deyə Tramp bildirib.

ABŞ prezidenti baş nazirin tezliklə sağalacağına əminliyini ifadə edib: "Ümid edirəm və əminəm ki, onun səhhətilə bağlı hər şey yaxşı olacaq. Güclü adamdır, güclü şəxsiyyətdir".

# 2855
avatar

Oxşar yazılar