14:34
05 Aprel 2020

Tanınmış musiqiçinin onlayn solo konserti olub

Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq onlayn solo konsert verən sənətçilərin sayı artır.

Lent.az bildirir ki, “Facebook” sosial şəbəkəsində Şəkinin tanınmış tar və gitara ifaçısı, Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun solo konserti yayımlanıb.

“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində təqdim olunan konsertdə izləyicilərə görkəmli bəstəkarlar Emin Sabitoğlunun, Hacı Xanməmmədovun, həmçinin Eldar Rəcəbovun özünün bəstələdiyi musiqilər səsləndirilib.

Dİgər xəbərlər