1157
11:40
05 Aprel 2020

Dünyada koronavirusa yoluxanların sayı 1 milyon 258 min oldu

Dünyada yeni tip koronavirus infeksiyasına yoluxanların sayı 1 milyon 258 min olub.

APA “Anadolu” agentliyinə istinadən bildirir ki, bu infeksiyadan 64 min 743 nəfər ölüb.

Hazırda infeksiyanın ən çox yayıldığı ölkə ABŞ-dır (311 min 635 nəfər). Ondan sonra İspaniyada 126 min 168 nəfər, İtaliyada 124 min 632 nəfər, Almaniyada isə 96 min 92 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilir.