531
17:38
04 Aprel 2020

Niderlandda son sutkada koronavirusdan 164 nəfər vəfat edib


Niderlandda son sutka ərzində koronavirusdan 164 nəfər vəfat edib.

APA-nin "Dutch News"a istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

İndiyə kimi ölkədə 16 627 nəfər koronavirusa yoluxub, 1651 nəfər xəstəlikdən ölüb.

İnstitutun məlumatına görə, son 24 saatda 336 nəfər xəstəxanaya müalicə üçün müraciət edib.

1324 nəfərin vəziyyəti orta ağır olduğu üçün onların intensiv müalicələri davam edir.