Neft və qaz bahalaşdı
04 aprel 2020 10:41 (UTC +04:00)

Neft və qaz bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 16,33% artaraq, 1 barelə görə 34,83 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 14,42% artaraq 28,97 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 6,31% artaraq 1,65 ABŞ dolları təşkil edib.

# 2154
avatar

Oxşar yazılar