Bakıda cibgir saxlanıldı
03 aprel 2020 11:06 (UTC +04:00)

Bakıda cibgir saxlanıldı

Bakıda telefon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 2-də Bakı şəhər sakini R.Bayramovanın cibindən mobil telefonu oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini R.Rzayevin mobil telefonunu oğurlaması da müəyyən edilib.

# 481
avatar

Mehman Nəbiyev

Oxşar yazılar