Bakı polisindən əhaliyə MÜRACİƏT
03 aprel 2020 10:06 (UTC +04:00)

Bakı polisindən əhaliyə MÜRACİƏT

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Lent.az-ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırır. 

# 1068
avatar

Mehman Nəbiyev

Oxşar yazılar