Bu ölkədə karantini pozanlar güllələnəcək
02 aprel 2020 16:24 (UTC +04:00)

Bu ölkədə karantini pozanlar güllələnəcək

Filippin prezidenti Rodriqo Duterte koronavirusa görə tətbiq olunan karantini pozanların güllələnəcəyinə söz verib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda yerli “Philippine Star” nəşri məlumat yayıb.

“Mən vətəndaşlara deməyə məcburam: karantinə əməl edin, ona görə ki, tərəddüd etmədən polislərə pozucuları güllələmək əmri verəcəyəm”, - Duterte açıqlayıb. 

Filippin lideri tibb işçilərinə qayğı ilə yanaşmağa da çağırıb. Sərt davranışa yol verənlər cəzalandırlacaq.

Məlumata görə, radikal qərar küçələrdə etiraz aksiyalarına çıxanlara ünvanlanıb. Bununla belə polis ölkə liderinin göstərişini yerinə yetirməkdən imtina edir və onu ciddi qəbul etmir. 

Son məlumata görə, Filippində 2,3 min nəfər koronavirusa yoluxub. 96 nəfər ölüb, 50-si sağalıb.

 

# 2479
avatar

Oxşar yazılar