Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb - FOTO
02 aprel 2020 13:25 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb - FOTO

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Z.Əliyeva küçəsi 8 ünvanında yerləşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının böyük və kiçik tamaşalar üçün nəzərdə tutulan zallarında dezinfeksiya işləri aparılıb.

Səbail Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, bununla yanaşı, teatrın səsyazma studiyası, qrim və digər xidməti otaqlarında, eyni zamanda inzibati binanın ümumi istifadədə olan hissələri və ətrafında da dezinfeksiya işləri həyata keçirilib.

# 814
avatar

Oxşar yazılar