"İnsanlar növbəlilik prinsipinə, sosial məsafəyə riayət etməlidir" - Vüsal Kərimli
02 aprel 2020 12:41 (UTC +04:00)

"İnsanlar növbəlilik prinsipinə, sosial məsafəyə riayət etməlidir" - Vüsal Kərimli


““Bakıkart"ların əksəriyyəti metrolarda vestibüllərdə idi”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V. Kərimli deyib ki, indi aparatlar yalnız dayanacaqlardadır və burada da kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur: “İnsanlar davranışlarını dəyişməli, növbəlilik prinsipinə, sosial məsafəyə riayət etməlidir”.

V. Kərimli qeyd edib ki, ekspress xətlər metro istifadəçiləri üçün açılıb: “Ancan ekspress xətlər sərnişinlərin "Xətai"dən "İçərişəhər"ə getməsinə görə qurulmur, bunu da nəzərə almaq lazımdır”.

# 535
avatar

Oxşar yazılar