Bu ölkədə koronavirusla bağlı zarafat edənlər tutulacaq
01 aprel 2020 11:05 (UTC +04:00)

Bu ölkədə koronavirusla bağlı zarafat edənlər tutulacaq


Tailand hakimiyyəti koronavirus mövzusunda 1 aprel zarafatı edən vətəndaşları həbsxanaya göndərəcək.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin baş prokuroru özünün “Facebook” səhifəsində məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, krallıqda fövqəladə vəziyyət tətbiq olunub və bu şəraitdə İnternetdə, yaxud kütləvi informasiya vasitələrindəki çaxnaşmaya səbəb ola biləcək hər hansı bir yanlış məlumat – o cümlədən 1 aprel zarafatları edənlər 2 il müddətinə həbs olunacaq, 40 min bat (1,3 min dollara yaxın) cərimələnəcəklər.

Fövqəladə rejim vəziyyətində Tailanda giziş və çıxış tamamilə qadağan edilib. Con Honkinqs universitetininn məlumatına görə, ölkədə 1,7 min koronavirusa yoluxma qeydə alınıb, 12 nəfər ölüb, 342 pasiyent sağalıb.

 

# 911
avatar

Oxşar yazılar