1051
17:29
31 Mart 2020

Qarabağda keçirilən qondarma seçkiləri tanımırıq - Estoniya XİN

Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır.

APA-nın xəbərinə görə, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Twitter" səhifəsində bildirilib.

"Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri qanuni hesab etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik", - Estoniya XİN qeyd edib.

Dİgər xəbərlər