346
17:19
31 Mart 2020

ABŞ səfiri Azərbaycan hökumətinin atdığı addımlardan razıdır

COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti vacib addımlar atıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Azərbaycan hökumətinin virusun yayılmasının qarşısını almaq atdığı addımları təqdir edən diplomat buna görə Azərbaycana təşəkkür edib.

"Mən hər kəsi ciddi şəklidə hökumətin qərarlarına əməl etməyə çağırıram. Hər kəs, həmçinin, ABŞ vətəndaşları yerli qanuna və qanunun göstərişlərinə əməl etməlidir. Mən və diplomatik heyət dəyişikliklər, COVID-19-la mübarizə çərçivəsində yerli hökumətin səyləri və son vəziyyətlə bağlı məlumat almaq, həmçinin, öz dəstəyimizi vermək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə sız əlaqə saxlayırıq. Bildiyiniz kimi, ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana texniki dəstək üçün 1.7 milyon dollar dəyərində vəsait ayırıb. Biz Azərbaycan hökuməti ilə digər dəstək vasitələrini də müzakirə etməyə davam edəcəyik", - səfir qeyd edib.

Səfir Amerika vətəndaşları üçün xüsusi evakuasiya uçuşlarının olmayacağını da deyib.