Vinsent van Qoqun əsəri muzeydən oğurlandı
30 mart 2020 18:38 (UTC +04:00)

Vinsent van Qoqun əsəri muzeydən oğurlandı

Niderlandda muzeydən məşhur rəssam Vinsent van Qoqun rəsm əsəri oğurlanıb.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, oğurluq hadisəsi Niderlandın "Singer Laren" muzeyində baş verib.

Oğrular bazar günü yerli vaxtla gecə saat 03:15-də muzeyə girib, Vinsent van Qoqun 1884-cü ilin yazında çəkdiyi, Nuenendəki bağı əks etdirən "Bahar bağı" adlı əsərini oğurlayıb.

# 905
avatar

Oxşar yazılar