Bu ləqəbli ayının qış yuxusundan ayılması Kanadanın Qayalı dağlarında kamera ilə çəkilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Bu qış yuxusu üçün qalın qarın altını məkan kimi seçib. Bu kadrları inspektor Nikol Qanqnon çəkib. O, 8 il boyunca ayının qış yuxusundan ayılması prosesini çəkməyi arzulayıb, lakin hər dəfə bu fürsəti əlindən qaçırıb – texnika lazım olan anda sıradan çıxıb. Nikol bu il istəyinə çatıb.
O, sevinərək ayının yuxudan ayılmasını alqışlayır: “Bəli! Salam, mənim böyük oğlum, anan səninlə nə qədər qürur duyur”.
Bu Kari ləqəbli bacısı ilə Qolden şəhəri yaxınlığındakı xizəksürmə kurortunda yaşayır. Onların anasını 18 il əvvəl brakonyerlər öldürüblər və işçilər onların qayğısına qalmaq qərarı veriblər.
“Bu yerin üstünə çıxan kimi mən onun üzündə bir təbəssüm gördüm. O, sanki deyirdi: “Salam, dünya, bax bu mənəm” – Nikol söyləyib. O, çəkiliş zamanı göz yaşlarını da saxlaya bilmədiyini vurğulayıb.
“Bu video hamının bir-birindən təcrid olunmuş vəziyyətdə olduğumuzdan əhval-ruhiyyəmizi qaldıracaq. Və çoxumuz başa düşəcəyik ki, dünya hələ yaşayacaq və inkişaf edəcək”, - Nikol qeyd edib.

Ayı qış yuxusundan belə ayıldı – VİDEO
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14