Netanyahu karantinə alındı
30 mart 2020 16:34 (UTC +04:00)

Netanyahu karantinə alındı


İsrailin baş naziri Benyamin Netanyahu karantinə alınıb.

APA-nın "Haaraetz"ə istinadən verdiyi xəbərə görə, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Məlumatda bildirlib ki, Benyamin Netanyahu koronavirusla bağlı analiz verib, analizin nəticəsi müyyənləşənə qədər o, karantində olacaq. Baş nazirlə yanaşı onun məsləhətçiləri də kanantində olacaq.

Qeyd edək ki, bu gün İsrail Baş nazirinin Knesset məsələləri üzrə müşavirinin COVID-19 virusuna yoluxduğu məlum olub.

İndiyədək İsraildə 4347 nəfər koronavirusa yoluxub. Bunlardan 134 nəfər sağalıb 16 nəfər vəfat edib 95 nəfərin vəziyyəti ağırdır. 

# 826
avatar

Oxşar yazılar