Ukraynanın Azərbaycandakı səfirliyi konsulluq xidmətini dayandırdı
30 mart 2020 13:49 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı səfirliyi konsulluq xidmətini dayandırdı


Ukraynanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq konsulluq xidmətini dayandırır.

APA-nın xəbərinə görə, bu barədə Səfirliyin "Facebook" səhifəsində məlumat verilib.

"COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq, vətəndaşların Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində konsulluq qəbulu müvəqqəti olaraq 24 aprel 2020-ci il tarixinə qədər dayandırılıb.

“Konsulluq mövzusunda müraciətləri Səfirliyin emb_az@mfa.gov.ua elektron ünvanına göndərməyiniz, məlumat üçün iş saatlarında (+994)124412706 (+994)124494095 telefon nömrələrinə zəng etməyiniz xahiş olunur.  

Ukrayna vətəndaşlarının həyat və sağlamlıq təhlükəsi yarandığı halda, fövqəladə hallar zamanı Səfirliyin (+994)502557518 (+994) 502557505 qaynar xəttinə zəng etməyiniz və ya mesaj göndərməyiniz xahiş olunur", - deyə Səfirlikdən bildirilib.

# 961
avatar

Oxşar yazılar