Bakıda qəza törədən avtobus tunelə çırpıldı - FOTO
29 mart 2020 16:56 (UTC +04:00)

Bakıda qəza törədən avtobus tunelə çırpıldı - FOTO

Bakıda sərnişin avtobusu qəza törədib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, “Qələbə meydanı” yaxınlığında müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş verən yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

Belə ki, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən aradan qaldırılır.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

# 1221
avatar

Mehman Nəbiyev

Oxşar yazılar