1431
16:23
29 Mart 2020

Kənan İmirzalıoğlunun çəkildiyi yeni serial bu tarixdə ekranlara çıxacaq

Türkiyəli aktyor Kənan İmirzalıoğlunun baş rolda yer alacağı “Alef” serialının yayımlanma vaxtı açıqlanıb.

Lent.az xəbər verir ki, iki dedektivin macəralarından söhbət açan serial aprelin 10-da, “Blu” tv-də işıq üzü görəcək.

Xatırladaq ki, serialda Kənandan əlavə Ahmet Mümtaz Taylan, Melisa Sözen və digər məşhur aktyorlar da rol alıb.