Dünya ulduzu ora gedə bilmir: süd içmirlər, marketdə qurbağa satırlar - TAMAŞA DÜNYA
01 aprel 2020 12:26 (UTC +04:00)

Dünya ulduzu ora gedə bilmir: süd içmirlər, marketdə qurbağa satırlar - TAMAŞA DÜNYA

Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız dünyanı bürüyən koronavirusun aşkarlandığı ilk ölkəyə - Çinə aiddir.

1. Əhalisinin sayına görə birinci olan Çini dünyanın ən qədim sivilizasiyalarından adlandırırlar. 14 ölkə - Rusiya, Şimali Koreya, Qazaxıstan, Pakistan, Tacikistan, Əfqanıstan, Hindistan, Myanma, Vyetnam, Nepal, Butan, Laos, Monqolustan və Makao ilə həmsərhəddir.

2. Çində bir zamanlar qıdıqlama işgəncə metodu idi. Çünki həm işgəncə verən iz buraxmırdı, həm də işgəncəyə məruz qalan adam tezliklə özünə gəlirdi.

3. Böyük Çin Səddinin tikintisinə eramızdan əvvəl 221-ci ildə başlanılıb. İlk 2450 kilometri cəmi 10 ilə tikilsə də, sonradan yüzillər boyu tikinti davam etdirilərək, 4450 kilometrə çatdırlıb.

4. Əksər çinlilər süd içmirlər, ağartı məhsulları yemirlər. Səbəb nədir? Bir versiyaya görə, əsrlər boyu onlardan yalnız ən varlıları inək ala bilirdi və ancaq onlar süd içir, ağartı məhsulları yeyirdi.

5. Çin ordusundakı əsgərlərin başlarını daim dik tutmaq üçün mundirlərində boğazlarının altına iynə yerləşdirilir.

6. Bu ölkədə daha çox insan ingilis dilində danışır, nəinki ABŞ və İngiltərədə. Bu isə Çinin əhalisinin çox olması ilə bağlıdır.

7. Tualet kağızı 1300-cü ildə Çində icad edilib. İlk vaxtlarda ondan ancaq imperator ailəsi istifadə edirmiş. Kompas, kağız, barıt və möhürü də çinlilər ixtira edib.

8. Dondurmanın vətəni Çindir. İlk dondurmaları süd, düyü və qarın qarışığından düzəldiblər. Avropaya bu desertin resepti Marko Polonun sayəsində gəlib.

9. Akupunktura (iynəbatırma) metodu ilə müalicə 500 ildən də əvvəl məhz Çində yaranıb.

10. Digər ölkələrdən fərqli olaraq, Çində matəm rəngi qara deyil, ağdır. Onlarda qırmızı rəng isə uğur simvoludur.

11. Dünyanın ən böyük panda ayıları Çindədir. Bu ölkədə pandaları kirayə götürüb, saxlamağa icazə verilir. Panda güc və cəsarət rəmzi sayılır. Çin imperatorları təbii fəlakətlərdən və pis ruhlardan qurtula bildiklərinə inandıqları üçün ağ-qara ayılar saxlayırmışlar.

12. Yeni il Çində ən çox hörmət edilən bayramdır. Həmin bayramı 15 gün keçirirlər. Ölkədə tətillər hamı üçün eyni anda, Yeni ildən əvvəl başlayır.

13. Çində milli idman növü stolüstü tennisdir. Hər yerdə oynanılır: məktəblərdə, zavodlarda, idman klublarında, hətta qatar stansiyalarında.

14. Çindəki hava o qədər çirklidir ki, o, Sakit okeanı aşaraq, ABŞ-ın San-Fransisko şəhərinə də təsir edir. Paytaxt Pekində çirkli havada nəfəs almaq 21 ədəd siqaret çəkməyə bərabərdir.

15. Xaricdə təhsil almağa gedən 10 çinlidən 7-si geri qayıtmır. İmmiqrasiya üçün ən populyar ölkə ABŞ-dır.

16.  Bir zaman qadağan olunmasına baxmayaraq, itləri yeməkdə davam edirlər. Onlar bunun bədən temperaturunu düzəltdiyinə, insana şans gətirdiyinə inanırlar.

17. Çin supermarketlərində diri tısbağa və qurbağa satılır. Onlar müştərinin gözü qarşısında öldürülür, təmizlənir.

18. Çində bir çox yerlərdə mühafizə itlərinin əvəzinə qazlardan istifadə edirlər. Səbəb isə qazların daha aqressiv və itlərdən kəskin olduğunu düşünmələridir.

19. Çin göbələk istehsalçısıdır.

20. Çin 2011-2013-cü illərdə ABŞ-ın XX əsrdə istifadə etdiyindən daha çox sement istifadə edib. Bu ölkədə hər gün yeni göydələnin tikintisinə başlayırlar.

21. Bu ölkədə boşanma göstəricisi ən aşağıdır. Çində uşaq dünyaya gətirən qadınların doğuşdan sonra 30 gün yataq rejimində olması adətdir.

22. Çin əhalisinin 70 %-i eynək taxır.

23. Çində, demək olar ki, hər yerdə siqaret çəkə bilərsiniz: taksilərdə, restoranlarda, küçələrdə, təhsil müəssisələrində.

24. Çinlilər “zaqar” qəbul etməyi xoşlamırlar. Bu, onlarda dəb deyil.

25. Dünyanın ən uzun tıxacı 2010-cu ildə Çinin Şanxay şəhərində qeydə alınıb. Tıxacın uzunluğu 100 kilometr olub və yol 12 gündən sonra açılıb.

26. Məşhur aktyor, Hollivud ulduzu Bred Pittə Çinə getmək qadağan edilib. Bu, onun çəkildiyi “Tibetdə 7 il” filmi ilə bağlıdır. Çin əleyhinə təbliğat sayıldığı üçün ölkədə həmin film qadağandır.

27. Binalarda, otellərdə liftdə 4-14-24 kimi rəqəmlər yoxdur. Səbəbi isə 4 rəqəminin oxunuşunun ölüm kəlməsi ilə eyni olmasıdır.

28. Çində yüzdən çox ən bəstəboy insanın yaşadığı qeyri-adi park var. “Liliput”ların işi ziyarətçiləri əyləndirməkdir. Park onların hesabına yaxşı pul qazanır.

29. Əgər bir çinli ilə qarşı-qarşıya oturub plov yeyirsinizsə, əsla qaşığınızı plovun içinə dik şəkildə qoymayın. Çinlilərə görə, bu hərəkət qarşıdakı insana ölüm arzusudur. Bu ölkədə qonaqdan çayının yenilənməsini soruşmurlar. Çay bitən kimi yenə süzülür.

30. Çinlilər əllərindəki armudu heç kimlə paylaşmırlar. Xüsusilə də dostlar arasında əməl olunan bu adətin mənası ayrılıqdır.

 

# 2814
avatar

Rizvan Babayev

Oxşar yazılar