Həmkəndlisini bıçaqlayan saxlanıldı
28 mart 2020 11:40 (UTC +04:00)

Həmkəndlisini bıçaqlayan saxlanıldı


Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqlanıb.  Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E. Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

# 327
avatar

Oxşar yazılar