Ermənistan Ordusunda koronavirusa yoluxanların sayı artdı
27 mart 2020 14:27 (UTC +04:00)

Ermənistan Ordusunda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda hərbçilər arasında koronavirusa yoluxma halları artır.

APA-nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, artıq 5 hərbi qulluqçuda koronavirus aşkarlanıb. Qeyd edək ki, bundan əvvəl Ermənistanda hərbçinin koronavirusa yoluxduğu açıqlanmışdı.

Son məlumata görə, Ermənistanda ümumilikdə koronavirusa 329 yoluxma faktı aşkarlanıb. 

Qeyd edək ki, martın 26-da bu say 3 idi. Lent.az bu barədə xəbər vermişdi.

# 543
avatar

Oxşar yazılar