“Bavariya” ilə anlaşa bilməyən Noyerə İngiltərədən təklif
27 mart 2020 11:20 (UTC +04:00)

“Bavariya” ilə anlaşa bilməyən Noyerə İngiltərədən təklif

“Bavariya” rəhbərliyi ilə yeni müqavilə məsələsində hələ də razılığa gələ bilməyən Manuel Noyer karyerasını İngiltərədə davam etdirə bilər.

Lent.az-ın “Bild” nəşrinə istinadən məlumatına görə, alman qapıçı “Çelsi”nin maraq dairəsinə düşüb.

“Zadəganlar”ın baş məşqçisi Frenk Lempard komandanın qolkiperi Kepa Arrizabalaqa ilə əməkdaşlığın davam etdirilməsini istəmir. 42 yaşlı çalışdırıcı rəhbərliklə söhbətində fürsətdən istifadə edərək qapı xəttini Noyerlə gücləndirməyi tövsiyə edib.

Qeyd edək ki, M.Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir. O, Münhen klubunda bu vaxtadək 374 oyun keçirib.

# 936
avatar

Oxşar yazılar