“Qalatasaray” istəyir, “Liverpul” satmağa razıdır
26 mart 2020 15:30 (UTC +04:00)

“Qalatasaray” istəyir, “Liverpul” satmağa razıdır


Türkiyənin “Qalatasaray” klubu heyətini gücləndirmək niyyətindədir.

Lent.az-ın “Fotomac”a istinadən məlumatına görə, “cim-bom” “Liverpul”un futbolçusu Xerdan Şakiriyə “elçi düşüb”.
“Qalatasaray”ın rəhbərliyi və məşqçilər korpusu isveçrəli yarımmüdafiəçinin oyununu çox bəyənir. Bu mənada, Superliqa təmsilçisi Şakirini transfer etməkdə israrlıdır. 28 yaşlı futbolçu “Liverpul”da özünü xoşbəxt hiss etmir. Bu isə onun “qırmızılar”da meydana az çıxması ilə bağlıdır. “Liverpul” rəhbərliyi də oyun praktikasının azlığından əziyyət çəkən Şakirini satmağa razıdır. Türklər təcrübəli xavbeki ən pis halda icarəyə götürmək istəyirlər.

Qeyd edək ki, karyerası ərzində “Bazel”, “Bavariya”, “İnter” və “Stok Siti” klublarının da formasını geyinmiş X.Şakiri 2018-ci ildən “Liverpul”un uğurları üçün çalışır.

# 492
avatar

Oxşar yazılar