Türkiyədə futbolçuda koronavirus aşkarlandı
25 mart 2020 19:30 (UTC +04:00)

Türkiyədə futbolçuda koronavirus aşkarlandı

"Qalatasaray", "Trabzonspor" və "Beşiktaş"dan sonra "Fənərbaxça" futbolçuları da tibbi müayinədən keçirilib.

Apasport.az saytının məlumatına görə, bu gün klubun bazasındakı testlərdən sonra iki nəfərdə koronavirus pandemiyasının əlamətləri aşkarlanıb.

Adlar gizli saxlanılsa da, İstanbul təmsilçisi bir futbolçu və bir həkimdə xəstəliyin əlamətlərinin üzə çıxdığını açıqlayıb. Bu üzdən həmin iki şəxs karantinə alınıb.

Həmçinin "sarı-lacivərdlilər"in basketbol komandasının da 6 üzvündə bu infeksiyaya rast gəlinib.

Qeyd edək ki, buna qədər "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terimdə koronavirus xəstəliyi müəyyənləşib.

# 711
avatar

Oxşar yazılar