483
09:26
25 Mart 2020

Rusiyada DƏHŞƏTLİ YANĞIN: 7 nəfər öldü

Rusiyanın Penza vilayətinin Nijni Lomov şəhərində fərdi evdə baş verən yanğında 7 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ölənlərdən 3-ü uşaqdır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi yanğının söndürülməsinə 18 yanğınsöndürənin cəlb olduğunu deyib.