583
23:22
24 Mart 2020

Türkiyədə koronavirusdan ölüm sayı 44-ə çatdı

Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölüm sayı 44-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsindən açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-nün cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb.