Gürcüstanda cərrahi əməliyyatlar təxirə salınır
24 mart 2020 20:00 (UTC +04:00)

Gürcüstanda cərrahi əməliyyatlar təxirə salınır


Koronavirusun yayılma riski ilə əlaqədar olaraq Gürcüstan xəstəxanalarında yaxın 4 ay ərzində bütün planlaşdırılmış cərrahi əməliyyatlar təxirə salınacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə xəstəxanalarda yalnız təcili cərrahi əməliyyatlar həyata keçirmək mümkün olacaq.

# 366
avatar

Oxşar yazılar