Koronavirusun geniş yayıldığı ölkədə işləmək istəyir
22 mart 2020 17:06 (UTC +04:00)

Koronavirusun geniş yayıldığı ölkədə işləmək istəyir

İngiltərənin “Arsenal” klubunun sabiq çalışdırıcısı Unai Emeri yenidən məşqçilik fəaliyyətinə başlamaq niyyətindədir.

Lent.az-ın məlumatına görə, hazırda işsiz olan ispan çalışdırıcı İtaliyada çalışmaq istəyir. O, koronavirus pendemiyasının geniş yayılmasına baxmayaraq, İtaliya çempionatında məşqçilik etməyə hazır olduğunu bildirib:

“Karyeram ərzində bir neçə dəfə italyan klubları ilə danışığım olub. Amma hər dəfə müxtəlif səbəblərdən bu ölkədə çalışmaq variantı baş tutmayıb. Onların adlarını açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, A Seriyasını həmişə diqqətlə izləmişəm və İtaliyadan təklif gəlsə, dəyərləndirməyə hazıram”.

Qeyd edək ki, U.Emeri “Arsenal”dan öncə “Valensiya”, “Sevilya” və PSJ kimi klubları çalışdırıb.

# 1544
avatar

Oxşar yazılar