11:56
19 Mart 2020

Bu Avropa şəhərində metronun fəaliyyəti məhdudlaşdırıldı


Koronavirusla əlaqədar Londonda metro stansiyaların fəaliyyəti məhdudlaşdırılır.

APA-nın xəbərinə görə, bu barədə London şəhərinin meri Sadiq Xan "Twitter"də bildirib.

O bildirib ki, COVID-19-un yayılmasına qarşı mübarizə məqsədilə Londonda 40 metro stansiyanın fəaliyyəti məhdudlaşdırılır.

Avtobusların iş qrafikində də müəyyən dəyişikliklərin olacağı qeyd edilib.

Şəhər meri sakinləri mümkün qədər istənilən ictimai nəqliyyat vasitəsindən istifadə etməməyə və səyahət etməməyə çağırıb.

Dİgər xəbərlər