
Əlləri spirtlə təmizləyək, ya yox ? – İNFEKSİONİSTDƏN AÇIQLAMA
Əlləri mütəmadi olaraq spirtlə təmizləmək zərərlidirmi? Belə ki, hazırda sosial şəbəkələrdə yayılan videolarda bəzi həkimlər spirtlə əlləri təmizləməyin onları viruslara qarşı dayınıqsız hala saldığını iddia edir. Koronavirus təlaşının yaşandığı bir vaxtda bu kimi açıqlamalar insanların narahatlığına səbəb olur. Lent.az mövzunun həssaslığını nəzərə alaraq ölkənin baş infeksionisti Cəlal İsayevdən münasibət öyrənib.
Həkim açıqlamasında iddia olunanların düzgün olmadığını bildirib: “Ən yaxşısı odur ki, əllərimizi su və sabunla yuyaq. Amma bu imkan olmayan yerdə əlləri spirtlə təmizləmək lazımdır. Hər bir vasitənin əllərimizə mənfi təsiri var. Bu öz yerində. Spirtin də əllərimizə xoş olamayan təsiri olmamış deyil. Amma əllərimizin virusa dayanıqlığını azaltması fikri düzgün deyil. Elə bir şey yoxdur. Əllərimizi 96 faizli spirtlə yox, 70 və ondan aşağı faizli spirtlə təmizləməyimiz kifayət edir”.
Həkim onu da bildirib ki, əllərimizi gün ərzində hansısa çirkli səthlərə vurduqdan sonra, yəni ehtiyac yarandığı qədər spirtlə təmizləyə bilərik.
C. İsayev müxtəlif əşyaların üzərində koronavirusların nə qədər yaşaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Hazırda yeni növ koronavirusun xüsusiyyətləri ilə bağlı məlumatlar o qədər də yüksək deyil. Amma koronaviruslar əşyaların üzərində 6-8, bəzən 10 saata kimi qala bilir. Buna görə də iş masasmızın üzərini, kompüter klavyaturalarını, çirklənməyə məruz qalan yerləri öldürücü təsirə malik vasitələrlə təmizləmək lazımdır”.
Baş infeksionist hazırda müxtəlif ərazilərin dezinfeksiya olunmasında istifadə olunan məhlulların təsirediciliyinin hansı səviyyədə olması sualına da aydınlıq gətirib: “Elə şey yoxdur ki, dezinfeksiyaedici vasitələr öldürücü təsirə malik olmasın, amma onu tətbiq etsinlər. Koronaviruslar adi dezinfeksiyaedici vasitələrin təsirindən bir neçə dəqiqəyə tələf olur”.

Aygün İbrahimli
Oxşar yazılar

Bu prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası ödəniləcək
21 yanvar 2021 , 19:58
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
21 yanvar 2021 , 19:10
Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 , 17:11
KORONAVİRUS STATİSTİKASI: Azərbaycanda yoluxma azaldı
21 yanvar 2021 , 17:03
Məktəblilər üçün qış tətilinin vaxtı AÇIQLANDI
21 yanvar 2021 , 16:29
"Şagirdlərə ikinci şans veriləcək" - RƏSMİ
21 yanvar 2021 , 16:27
Füzulinin Dördçinar kəndi - VİDEO
21 yanvar 2021 , 16:21
"Süni qiymətləndirmə istəmirik" - Nazirlik rəsmisi
21 yanvar 2021 , 16:18