2050
11:48
18 Mart 2020

Koronavirusa qarşı yeni dərmanın adı AÇIQLANDI

Çin mütəxəssisləri koronavirusun müalicəsində “Favipiravir” adlı antiviral dərmanınından istifadə olunmasını tövsiyə edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Zhanq Xinmin aparılan klinik sınaqlarda yüngül keçirilən yoluxmalarda yaxşılaşma müddətinin 11 gündən 4 günə endirildiyini açıqlayıb.

Bundan başqa, o bildirib ki, aparılan sınaqlar “Favipiravir” dərmanının COVİD-19-a qarşı mübarizədə təsirli olduğunu göstərib. O qeyd edib ki, adıçəkilən dərman yüksək temperaturulu günlərin müddətini 4,2 gündən 2,5 günə salır: “Dərman 2014-cü ildən Yaponiya bazarında var və heç bir əlavə təsiri görülməyib”.