“Barselona” Dembele ilə bağlı qərar verdi
17 mart 2020 16:07 (UTC +04:00)

“Barselona” Dembele ilə bağlı qərar verdi

 

“Barselona” rəhbərliyi böyük ümidlərlə transfer etdiyi Usman Dembele ilə bağlı qərar verib. 

Lent.az-ın AS nəşrinə istinadən məlumatına görə, Kataloniya klubu fransalı futbolçu ilə yolları ayıracaq.

Buna səbəb Dembelenin tez-tez zədələnməsidir. Çox vaxt zədəli olduğu üçün yaşıl meydanlardan kənarda qalan Usmanın işə ciddi yanaşmaması, özünə fikir verməməsi “Barsa” rəhbərliyi narahat edir. Kataloniyalılar Dembelenin bundan sonra da komandaya lazımi qədər fayda verməyəcəyini düşünürlər. Buna görə də, Fransa yığmasının üzvü yayda “Barselona”dan göndəriləcək.

Qeyd edək ki, U.Dembele “Barsa”ya 2017-ci ildə Dortmund “Borussiya”sından keçib.

# 1478
avatar

Rizvan Babayev

Oxşar yazılar