Donnarumma “Milan”dan ayrıla bilər - PSJ-yə görə
16 mart 2020 11:25 (UTC +04:00)

Donnarumma “Milan”dan ayrıla bilər - PSJ-yə görə

PSJ klubu yayda heyətini gücləndirmək niyyətindədir. 

Lent.az-n AS nəşrinə istinadən məlumatına görə, Paris təmsilçisi qapı xəttinə yeni oyunçu cəlb etməyi planlaşdırır.

Fransızların transfer hədəfində olan çərçivə qoruyucusu Canluici Donnarummadır. “Milan”ın qapıçısı ilə danışıqlara indidən start verilib. Əslində PSJ rəhbərliyi komandanın hazırkı qolkiperi Keylor Navasın çıxışından razıdır. Sadəcə, bu il 34 yaşını qeyd edəcək “dəri əlcək sahibi”nin uzun müddət yaxşı formada qalacağı inandırıcı görünmür. Bu səbəbdən də PSJ rəhbərliyi 21 yaşlı Donnarummanı transfer etməklə qapı xətti ilə bağlı narahatlığını aradan qaldırmaq istəyir.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Canluici Donnarumma 2015-ci ildən “rossonyerlər”in əsas komandasının formasını geyinir.

# 865
avatar

Rizvan Babayev

Oxşar yazılar